"Boka Xuniors" Tevezin qayıtmağını gözləyir

15:05 - 18 Yanvar 2015

"Müqaviləni uzatmayacağını eşidəndə çox sevindim"

 

"Boka Xuniors"un prezidenti Daniel Anxelis "Yuventus"un 30 yaşlı hücumçusu Karlos Tevezi komandada yenidən görmək istədiyini bildirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, klub prezidenti öz açıqlamasında bunları qeyd edib:

 

"Tevezin "Yuventus"la müqaviləni uzatmaq istəmədiyini eşidəndə çox sevindim. Milito, Veron və Maksi Rodriqes kimi karyeralarına başladıqları kluba dönməyi də Tevez üçün istəyirəm. Onun 36-37 yaşında deyil məhz bu yaşlarda komandamda görmək istəyirəm və inanıram ki aramızda baş tutan danışıqlar da müsbət nəticə verəcək."

Xəbər xətti