Siyahıda 10 mütəxəssis yer alıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2014-cü il üçün milli komandalarda işləyən ən yaxşı məşqçilərin siyahısını açıqlayıb.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, ötən il Almaniya millisi ilə "DÇ-0214"ün kubokunu qazanan Yoahim Löv ilk pillədə qərarlaşıb.
Həmin siyahını diqqətinizə çatdırırıq:
1.Yoahim Löv (Almaniya) - 220 xal
2. Alexandro Sabelya (Argentina millisinin sabiq baş məşqçisi) - 71 xal
3. Lui van Qal (Hollandiya millisinin sabiq çalışdırıcısı) - 38 xal
4. Xose Pekerman (Kolumbiya) - 31 xal
5. Xorxe Luis Pinto (Kosta-Rika) - 19 xal
6. Xorxe Sampaoli (Çili) - 18 xal
7 Migel Herrera (Meksika) - 15 xal
8. Mark Vilmots (Belçika) - 9 xal
9. Didye Deşam (Fransa) - 8 xal
10. Stiven Keşi (Nigeriya millisinin sabiq baş məşqçisi) - 1 xal