"Arzumu reallaşdırdım"
İtaliyanın "İnter" klubunda icarə əsasında çıxış edən Lukaş Podolskinin Almaniya millisindəki karyerasını başa vuracağı tarix müəyyənləşib.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu "Avro-2016"nın final mərhələsindən sonra yığmadakı karyerasını bitirəcəyini söyləyib:
"Avro-2016" mənim üçün son böyük turnir olacaq. Bundan sonra millidəki karyeramı yekunlaşdıracam. Almaniya yığması ilə dünya çempionu olmaq ən böyük arzum idi. Mən bu arzumu reallaşdırdım.
saytlarin hazirlanmasi