36 yaşında futboldan getdi
Argentina millisinin sabiq oyunçusu Xuan Roman Rikelme futbolçu karyerasını başa vurub.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, son klubu "Argentinos Xuniors" olan 36 yaşlı futbolçu bu barədə öz açıqlamasında bildirib.
Qeyd edək ki, Rikelme futbolçu karyerası ərzində İspaniyanın "Vilyareal" (2003-2007) və "Barselona", Argentinanın "Boka Xuniors" (2008-2014) klubunda oynayıb
saytlarin hazirlanmasi