Komanda "Freamunde" ilə bacarmadı
Portuqaliyanın ikinci liqasında 24-cü turun oyunları keçirilib.
	Sportal.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" da növbəti matçına çıxıb.
	
	Komanda doğma meydanda "Freamunde" ilə qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. Amit bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
	
	Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 27 xalla 19-cu pillədə qərarlaşıb.
     
                    