Portuqaliyalı əfsanənin tərəfdarları artır
FİFA prezidentliyinə namizədliyini irəli sürəcəyini deyən Portuqaliya yığmasının, “Barselona”, “Real” və “İnter”in sabiq uzvü Luiş Fiquya 5 ölkədən dəstək gəlib.
Sportal.az xəbər verir ki, əfsanəvi oyunçunu mayın 29-da ali futbol qurumuna rəhbər postuna keçiriləcək seçkilərdə Danimarka, Lüksemburq, Makedoniya, Çernaqoriya və Polşa ölkələri səs verəcək.
Qeyd edək ki, 1998-ci ildən FİFA prezidenti vəzifəsini icra edən Blatter ardıcıl 5-ci dəfə bu posta namizədliyini irəli sürüb. Onun rəqibləri Luiş Fiqu ilə yanaşı, Jerom Şampan, Əli ibn Əl-Hüseyn, David Jinola və Mixael van Praaq olacaq.
saytlarin hazirlanmasi