4 namizəd qaldı
FİFA Baş katibinin müavini Jerom Şampan FİFA-nın 29 mayda keçiiriləcək prezident seçkilərinə olan namizədliyini geri götürüb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 56 yaşlı fransalı futbol mütəxəssisi naməlum səbəblərdən bu addımı atıb.
Qeyd edək ki, Şampanın namizədliyini götürməsindən sonra prezident postu uğrunda mübarizədə Yozef Blatter, İordaniya şəhzadəsi Ali bin Əl-Hüseyn, Hollandiya Futbol İttifaqının prezidenti Mixael van Praq və sabiq portuqaliyalı futbolçu Luiş Fiqo davam etdirir.
saytlarin hazirlanmasi