Xorvatiya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, həmyerlimiz Ruslan Qurbanovun çıxış etdiyi "Hayduk" da növbəti matçına çıxıb.
Gənc hücumçunun komandası öz meydanında "Vinoqradar"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Oyunda debüt edən Qurbanov 46-cı dəqiqədə meydana daxil olub. Qeyd edək ki, "Hayduk" iki oyunun nəticəsinə görə, Xorvatiya Kubokunun yarımfinalına vəsiqə qazanıb.