Hücumçumuz üçün 21 dəqiqə
Almaniya ikinci Bundesliqasında 26-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf klubu doğma meydanda "Darmştadt"la qarşılaşıb. Matç 2:0 hesabıyla "Fortuna"nın xeyrinə başa çatıb. Erat matçın 69-cu dəqiqəsindən etibarən meydanda olub.
Qeyd edək ki, Eratın komandası hazırda 39 xalla 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi