Futbolçumuz 90 dəqiqə oynadı
Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun komandası - "Karşıyaka" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Samsunspor"la qarşılaşıb. Matç Mahirin klubunun 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir sonadək mübarizə aparıb. O, 45-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, "Karşıyaka" hazırda 36 xalla 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi