Toğrul Erat oynadı, klubu darmadağın oldu

20:27 - 29 Mart 2015

26-cı turun matçı

 
Almaniyanın Qərb Regional Liqasında XXVI turun oyunları keçirilib.
 
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası "Fortuna II" də növbəti matçına çıxıb.
 
Düsseldorf təmsilçisi doğma meydanda Köln "Viktoriya"sını qəbul edib. Matç Eratın komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Toğrul start heyətdə meydana çıxdığı görüşün 76-cı dəqiqəsində əvəzlənib.
 
 
Qeyd edək ki, Düsseldorf klubu hazırda 40 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti