Pulsuzluq üzündən braziliyalı futbolçu düşərgəni tərk edib
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş Ukraynanın “Dnepr” klubu ən çətin günlərini yaşayır.
Sportal.az xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən Dnepropetrovsk təmsilçisinin üzvləri 3 aydır maaş üzü görmürlər. Qış fasiləsindən əvvəl mavacib alan futbolçular yanvar ayının pulunu hələ almayıblar. Maaşını vaxtında ala bilməyən braziliyalı Ejidio komandanın düşərgəsini tərk edib. Bütün bu çətinliklərlə yanaşı “Dnepr” Avropa Liqasında 1/4 finala vəsiqə qazanıb və Ukrayna çempionatında çempionluq uğrunda mübarizə aparır.
saytlarin hazirlanmasi