Huşunu itirərək...
Dünya futbolunda daha bir ölüm hadisəsi baş verib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yunanıstanın "Veriya" klubunun 18 yaşlı qapıçısı Stelios Markusis məşq zamanı huşunu itirərək yerə yıxılıb. Dərhal xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Markusisin ürək tutmasından öldüyü deyilir.
saytlarin hazirlanmasi