Turan Vəlizadə üçün 15 dəqiqə
"Fənərbaxça"nın U-16 komandasının azərbaycanlı üzvü Turan Vəlizadə növbəti qolunu vurub.
Sportal.az xəbər verir ki, Vəlizadə "Başakşəhər"lə matçda fərqlənib.
O, oyunun sonuna 15 dəqiqə qalmış meydana çıxıb. Bu zaman hesab 0:0 olub. Turan sona 5 dəqiqə qalmış rəqib qapısına yol taparaq komandasına qələbə qazandırıb. "Əlincə"nin yetirməsi olan Turan Vəlizadə "Fənərbaxça"ya iyul ayında transfer olunub.
saytlarin hazirlanmasi