Ziko UEFA prezidentini debata çağırdı

02:17 - 7 Sentyabr 2015

Braziliyalı mütəxəssis rəqiblərinə meydan oxudu   
 
FİFA prezidentliyinə namizəd Artur Ziko rəqiblərini televiziyada debata dəvət edib.
 
Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis ali qurumun prezident postuna yiyələnmək istəyən UEFA rəhbəri Mişel Platiniyə meydan oxuyub. 
 
Artur Ziko fransalı funksionerin elektron ünvanına mesaj göndərərək onu televiziyaya debata çağırıb. Hətta seçimlər öncəsi braziliyalı mütəxəssis beynəlxalq qurumun prezident postuna namizədlərin futbolun inkişafı ilə bağlı proqramlarını açıqlamasını tövsiyə edib.        

Xəbər xətti