"Mən hesab edirəm ki, bu, düzgün deyil"
Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava istefa verib.
Sportal.az xəbər verir ki, oktyabrın 3-də keçiriləcək yeni seçkilərədən bu vəzifəni vitse-prezident Aleksandr Çivadze icra edəcək. Z.Siçinava qərarı təzyiq altında qəbul etmədiyini bildirib. Amma o, namizədlərdən birinin "Dövlət məmurları federasiyanın işinə qarışmalıdır" açıqlamasına etiraz əlaməti olaraq, bu addımı atdığını bildirib: "Mən hesab edirəm ki, bu, düzgün deyil. Bu səbəbdən, elə bu gün istefa verirəm və Nizamnaməyə əsasən, sabahdan Çivadze prezident səlahiyyətlərini yerinə yetirəcək".
Qeyd edək ki, Zviad Siçinava GFF-ə 6 ilədək rəhbərlik edib. Onun fəaliyyətinin pik nöqtəsi dekabrın 12-də İspaniyanın "Barselona" və "Sevilya" komandaları arasında Tbilisidə keçirilmiş UEFA Superkuboku matçı olub. O, növbəti seçkidə namizədliyini irəli sürməyəcək. (Report)
saytlarin hazirlanmasi