"Arhavispor" penaltilər seriyasında məğlub oldu
İki həmyerlimiz Anar Məhərrəmov və Ramal Hüseynovun çıxış etdiyi "Arhavispor" Türkiyə kubokunda "Arsinspor"u qəbul edib.
Sportal.az xəbər verir ki, matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb, penaltilər seriyasında "Arsinspor" daha dəqiq oynayaraq növbəti mərhələyə yüksəlib. Həmyerlilərimiz isə bu matçda kifayət qədər yadda qalıb. Belə ki, Məhərrəmov 36-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Ramal Hüseynov isə 56-cı dəqiqəsində komandasının ikinci qolunun müəllifi olub, lakin Hüseynov da matçın 89-cu dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edib.
saytlarin hazirlanmasi