VII turun matçı
Almaniya II Bundesliqasında 7-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Toğrul Eratın şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı səfərdə “Bohum”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Eratın adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Fortuna” 7 turdan sonra 4 xalla 15-ci pillədə qərarlaşıb.