Paşayev 90 dəqiqə meydanda olub
Ukrayna çempionatında 10-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da növbəti matçına çıxıb. Zaporojye klubu doğma meydanda Donetsk "Olimpik"ə 3:0 hesabı ilə məğlub olub. Start heyətdə meydana çıxan Pavel sonadək mübarizə aparıb və 32-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi