Dadaşov sarı vərəqə ilə yadda qaldı
Almaniyanın Şimal-Şərq Regional Liqasında 10-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Hertha Berlin II" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb. Millimizin sabiq üzvü sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi