Seçkiləri izləmək üçün gəldi...
"Trabzonspor"un gürcü baş məşqçisi Şota Arvaladze doğma ölkəsində hücuma məruz qalıb.
Sportal.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyasında keçirilən prezident seçkilərini izləmək üçün ölkəsinə səfər edən Arvaladze, Levan Kobiaşvilinin tərəfdarları tərəfindən hücuma məruz qalıb. Kobiaşvilinin tərəfdarlarının Şotaya hücumuna, Şotanın qardaşı Revaz Arvaladzenin federasiya prezidentliyinə namizədliyinin irəli sürməsi səbəb olub.
Qeyd edək ki, keçirilən seçkilərdə Kobiaşvili qalib ayrılıb.
saytlarin hazirlanmasi