"Yenidən milliyə çağırıla bilər"
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv "Beşiktaş"da forma geyən Mario Qomesi yenidən milliyə dəvət edə biləcəyini açıqlayıb.
Sportal.az xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yoahim Löv Mario Qomesin durumundan məmnun olduğunu vurğulayıb:
"Hazırda Marionun işləri qaydasında gedir. Belə davam edərsə, milliyə qayıtmaq şansları yüksəkdir. Onun hazırki durumuna çox sevinirəm. Onun bu mövsüm çox qol vuracağına inanıram".
Qeyd edək ki, Mario Qomes "Beşiktaş"ın heyətində Türkiyə Super Liqasında 7 turdan sonra 6 qol vurub.
saytlarin hazirlanmasi