Blatter açıqlama verib
FİFA prezidenti Yozef Blatter İsveçrə məhkəməsinin ona qarşı cinayət işi açmaq qərarına münasibət bildirib.
Sportal.az xəbər verir ki, 79 yaşlı mütəxəssis mətbuata açıqlamasında həqiqətin qalib gələcəyinə əminliyini fadə edib: "Vəziyyət xoşagələn deyil. Məni sübut olmadan cinayətdə təqsirləndirirlər. Birabırçılıqdır! Amma bu, araşdırmadır. Növbədənkənar prezident seçkilərinə qədər mübarizə aparacam. Həm özümə, həm də FİFA-ya görə. Əminəm ki, sonda pislik su üzünə çıxacaq və yaxşılıq qalib gələcək" .
Xatırladaq ki, 79 yaşlı futbol funksionerinə vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və mülkiyyətə qeyri-qanuni yiyələnmə maddələri ilə ittiham irəli sürülüb.
saytlarin hazirlanmasi