"Yaxın günlərdə təklifləri dəyərləndirəcəm"
Hazırda azad agent olan braziliyalı məşhur futbolçu Ronaldinyo ölkəsinin mətbuatına açıqlamalar verib.
Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasına davam etdirəcəyini bildirib:
"Futbolu bitirmək fikrim yoxdur. Karyerama davam etdirəcəm. Hazırda yaxşı formada olduğumu söyləyə bilərəm. Qısa fasilədən sonra yenidən futbola qayıdacağam. Yaxın günlərdə mənə gələn təkliflərdən birini dəyərlindirəcəm".
Qeyd edək ki, Ronaldinyo yay transfer pəncərəsində Braziliyanın "Fluminense" klubu ilə müqavilə imzalasa da, 8 matç keçirdikdən sonra müqaviləsi ləğv edilmişdi.
saytlarin hazirlanmasi