Qarşılaşmada 2 qol
İspaniya La Liqasında 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Sevilya"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb. İsrafilovun adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Eybar" hazırda 13 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi