Komandası heç-heçə etdi
Latviya 1-ci liqasında 27-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi "1625 Liepaya" klubu səfərdə "Salaspils"lə qarşılaşıb. Matç 3:3 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub və kapitan sarğısı ilə çıxış edib. O, hesab 1:3 olarkən 2 qol vuraraq komandasını məğlubiyyətdən qurtarıb.
Qeyd edək ki, Əsgərov "1625 Liepaya" klubunda vurduğu qolların sayını 17-yə çatdırıb.
saytlarin hazirlanmasi