11-ci tur
Almaniya ikinci Bundesliqasında 11-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qouduğu "Karlsrue" “Münhen 1860” klubunun qonağı olub.
Sözügedən matçda “Karlsrue” Ervin Hoferin vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib. Start heyətdə meydana çıxan Nazarov 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Karlsrue” 11 turdan sonra 12 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi