Emenike karyerasını başa vurdu

16:14 - 20 Oktyabr 2015

Milli komandasına əlvida dedi

 

“Fənərbaxça”ya məxsus, icarə əsasında BƏƏ-nin “Əl-Əin” komandasında çıxış edən Emanuel Emenike gözlənilməz qərar verib.

 

Sportal.az xəbər verir ki, Nigeriya yığmasının hücumçusu şəxsi “instagram” hesabından milli karyerasını bitirdiyini açıqlayıb:

 

“Milli karyeramı bitirmək qərarına gəldim. Yığmada gözəl günlər keçirdim. Bizi yaxşı və pis günümüzdə dəstəkləyən azarkeşlərimizə  milyon dəfə təşəkkür edirəm. Millinin formasını geyindiyim üçün qürür hissi keçirirəm”.

 

Qeyd edək ki, Emenike Nigeriya yığmasının heyətində 37 oyun keçirib və 9 qol vurub.

Xəbər xətti