"Bizi ciddi rəqib saymırlar"
"Rəvan"la keçirilən matçdan (1 - 0) sonra "Qarabağ"ın futbolçusu Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Oyun haqda fikirlərin necədi?
- Bu oyuna çox ciddi hazırlaşırdıq. Qələbə qazanmaq üçün hər şey edirdik. "Rəvan"ın oyunu bizim üçün sürpriz oldu. Biz futbolçu komi onların oyununu çox bəyəndim. Gənc komanda olmalarına baxmayaraq çox rahat top saxlayırdılar. Digər komandalar "Qarabağ"a qarşı başqa cür oynayır, amma "Rəvan" qorxmadı.
- Oyundan əvvəl "Qarabağ"ın 4-5 qol vuracağı deyilirdi. "Qarabağ"a 3 xal çox qol vurmaqdan daha vacib olduğu üçün belə oynadız?
- Əlbəttə bizə 3 xal qazanmaq lazımdı. Hesabın neçə olması vacib deyil. "Rəvan" 2-3 il əvvəlki "Rəvan" deyil. İlk hissədə çox çətinlik çəkdik. Rəqibin cərimə meydançasına girə bilmirdik.
- "Sumqayıt"a məğlubiyyət, bu günkü çətin qələbə, demək olar son vaxtlar "Qarabağ"ın oyunu alınmır?
- Meydanda mübarizə aparırıq, hər şey edirik, lakin son nöqtəni qoya bilmirik. Statistikaya baxdıqda bütün rəqiblərdən üstün futbol oynayırıq. Amma son oyunlarda nəsə çatışmır.
- Bəlkə sıx qrafik problem yaradır?
- Xeyr. "Qarabağ" 2 il əvvəlki "Qarabağ" deyil ki, 14 futbolçu daim oynasın. Heyətimizdə 26-27 futbolçu var.
- Reynaldonun yoxluğu nə dərəcədə mane olur son nöqtəni qoymağa?
- Bu əlbəttə ki, bizim üçün problemdi. Reynaldo "Qarabağ" üçün önəmli fiqurdu. Top saxlayırdı, sürətli idi, top saxlayırıdı, individual tərəfdən də çox güclü idi. Çox futbolçu Reynaldoya qarşı oynayarkən çəkinirdi. Armenteros bu gün özünü tam göstərə bilmir. Ona da vaxt lazımdı ki, rəqiblər Reynaldo kimi ondan da çəkinsin.
- "Monako"dan öncə AZAL-la oyun var.AZAL da son vaxtlar yüksəlişdədi...
- AZAL-ın "Neftçi" ilə oyununa baxmışıq. Ulduz komandalara qarşı yaxşı oynayırlar. Bizi səfərdə süni örtüklü meydanda çətin oyun gözləyir. Biz meydana qələbə üçün çıxacağıq. Bizə qələbə onlardan çox lazımdı.
- "Monako" ilə oyun haqda nə düşünürsən? Səfərdəki oyundan sonra gördük ki, bu komandaya qalib gəlmək olar.
Eyni ssenaridi. İmkanlarımız olur, rəqibdən üstün oyun göstəririk, lakin son nöqtəni qoya bilmirik. Nəzərə almaq lazımdı ki, "Qarabağ" "Monako" ilə eyni səviyyədə komanda deyil. Biz əgər bu gün "Monako" ilə başabaş mübarizə aparırıqsa, deməli "Qarabağ"ın gələcəyi parlaqdı.
- Qrupdan çıxmaq şansları da "Monako" ilə oyundan asılı olacaq. Necə düşünürsən?
Hələ heç nə bilmək olmaz. Hər xal önəmlidi. Bizi güclü rəqib kimi saymırlar. Bizə məğlubiyyətə görə "Anderlext" azarkeşlərinə təzminat ödəyib. Son oyuna kimi bilmək olmaz qrupdan kimin çıxacağını.
saytlarin hazirlanmasi