"Neftçi" və "Xəzər Lənkəran"ın oyunlarının vaxtı dəyişdirildi

17:24 - 29 Oktyabr 2015

2 noyabr tarixində baş tutacaq

 

Peşəkar Futbol Liqası, Azərbaycan Respublikasında Milli Məclisə seçkilər və görüşlərin canlı yayımlanmasını nəzərə alaraq, XI turun oyun cədvəlində dəyişiklik edib.

 

Sportal.az xəbər verir ki, Topaz Premyer Liqasının XI turunun "Qəbələ” – "Kəpəz”, "Qarabağ” – AZAL və "İnter” – "Zirə” görüşləri 1 noyabrda deyil, 31 oktyabrda reallaşacaq.  Eyni turun "Sumqayıt” – "Neftçi” və "Rəvan” – "Xəzər Lənkəran” qarşılaşmaları isə canlı yayımla əlaqədar olaraq, 2 noyabr tarixində baş tutacaq.

Xəbər xətti