"Əgər "Şahdağ"ın lehinə elə penaltilər verilsə, bu komandanı I divizionda çempion edərəm" MÜSAHİBƏ

19:31 - 30 Oktyabr 2015

"Maliyyə haqda fikir bildirmək istəmirəm"
 
"Şahdağ"ın baş məşqçisi Adil Mahmudovun Sportal.az-a müsahibəsi:
 
- "Bakı"ya 0:3 hesabı ilə məğlub oldunuz...
- 40-cı dəqiqəyə qədər bərabər futbol nümayiş etdirdik. Qocayev Xəyalın 100 faizlik iki qol epizodunu qaçırması və daha sonra isə qapımıza 11 metrlik cərimə zəribəsinin təyin olunması uşaqları ruhdan saldı. 0:3 hesabı ilə məğlub olmağımıza baxmayaraq, futbolçularım sona qədər döyüşdülər. Qusarda gənc futbolçular yetişir. Komandamızın inkişaf edəcəyinə inanıram. Qələbə münasibəti ilə "Bakı"nı təbrik edirik. Bu məğlubiyyəti unudub, növbəti oyunlar haqda fikirləşməliyik.
 
- Hakimin təyin etdiyi penalti epizoduna çox əsəbiləşdiniz...
- Bəli, həmin epizoda yan xətt və baş hakim daha yaxın idi. Mən legioner məşqçi həyatı yaşamışam. Hakim bu haqda özü fikirləşəcək. Gənc hakimdir, bu haqda danışmaq istəmirəm. Əgər "Şahdağ"ın lehinə elə penaltilər verilərsə, mən bu komandanı I divizionda çempion edərəm.
 
- Komandada ümumi vəziyyət necədir?
- Maliyyə haqda fikir bildirmək istəmirəm. Sözsüz ki, bir az çətinliklər var.
 
- Oyunçuların təcrübəsizliyindən şikayət edirsiniz?
- Açıq-aşkar təcrübəsizlik görünür. Bizim heyətdə futbolçular gənc və təcrübəsizdirlər.
 
Mehman Əşrəfov

Xəbər xətti