"İnter"in futbolçusu: "Qəbələ" ilə oyuna qədər pul verilməsə, matça çıxmaya bilərik"

18:23 - 31 Oktyabr 2015

"Səbr kasamız tükənmək üzrədir"

 

Azərbaycan Premyer Liqasında XI tur çərçivəsində "Zirə"ni qəbul edən "İnter" 0-0-lıq heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlama verən "İnter"in futbolçusu Nizami Hacıyev komandada pul problemindən də söz açıb:

 

"AFFA tərəfindən "İnter"in hesabına pulun köçüb-köçmədiyini dəqiq deyə bilmərəm. Deyilənlərə görə, veriləcək pul bizə gəlib çatmalıdır. Lakin, hər şey deyilənlərin üzərində qurulsaydı, dünya bu cür olmazdı. Pul əlimizə dəyməyincə, mən heç kimə inanmıram. Problem yalnız klub rəhbərliyindədir. Klub rəhbərliyi bizə nətər baxacaq, biz də meydana o cür çıxacağıq. "Qəbələ" ilə oyuna qədər pul verilməsə, matça çıxmaya bilərik. Səbr kasamız tükənmək üzrədir. Klub rəhbərliyi bizə baxa bilmirsə, biz də işimizi bilək".

Xəbər xətti