"Zamana ehtiyacımız var"
AZAL üzərində qələbədən (2 - 0) sonra "Qarabağ"ın futbolçusu Riçard Almeyda jurnalistlərə müsahibə verib.
Braziliyalı futbolçu Sportal.az-ın da müxbirinin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Oyun haqda fikirlərini bildirərdin...
- Bizim üçün çətin oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də oldu.Önəmli olan 3 xal qazanmaq idi.
- Oyun zamanı zədələndin. Zədənin son durumu necədi?
- Zədələnməmişəm, sadəcə zərbə aldım.
- Son turlarda “Qarabağ”ın fərqli heyətlərlə oynaması çətinlik yaratmır?
- Heyətimizdə kifayət qədər futbolçu olduğuna görə düşünürəm ki, baş məşqçimiz düzgün seçimlər edərək komandanı Avropa Liqasındakı oyunlara düzgün hazırlaşdırmaq istəyir.
- Reynaldo ilə yaxşı anlaşırdın, bəs Armenterosla necə?
Təbii ki, Reynaldo ilə 3 il bir yerdə oynadığımıza görə bir-birimizi daha yaxşı başa düşürdük. Armenteros komandaya yeni gəldiyinə görə o bizə, biz də ona öyrəşməyə çalışırıq. Oyundan-oyuna bir-birimizi daha yaxşı başa düşürük.
- Komandanın hazırki oyun tərzi səni razı salır?
- Biz çalışırıq ki, hər zaman özümüzü ən yaxşı tərəfdən göstərək. Hər məşqdə buna çalışırıq. Baş məşqçimiz də görür. Futbolçuların buna rəy bildirməsi düzgün deyil.
- “Qarabağ” ötən mövsüm olduğu kimi sürətli futbol oynamır. Bunun səbəbi nədi?
- Əvvəlki illərdə Leroy və Muarrem var idi, bir-birimizi yaxşı başa düşürdük. Bu il yeni oyunçular gəldiyinə görə zamana ehtiyacımız var.
- Onların yeri görünür?
- Təbii ki, hər ikisi önəmli futbolçularımız idi, amma baş məşqçimiz komandanı onların yerini dolduracaq oyunçularla doldurub.
- “Monako” ilə oyun haqda nə düşünürsən?
- Biz indiyə kimi yalnız bu günkü oyun haqda düşünürdük. Bu oyundan sonra “Monako” ilə matç haqda düşünəcəyik.
- “Monako”nu məğlub etmək olar?
- Həyatda mümkünsüz heç nə yoxdu
saytlarin hazirlanmasi