AZAL-ın kapitanı üçün mövsüm bitdi

21:43 - 31 Oktyabr 2015

Diz bağları qopub

 

AZAL-ın kapitanı və milli komandamızın üzvü Seymur Əsədovun zədələnməsi barədə xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, gənc yarımmüdafiəçi artıq üçün mövsüm artıq başa çatıb. Bu barədə "Qarabağ" - AZAL (2 - 0) matçından sonra keçirilən mətbuat konfransında "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov məlumat verib. Onun sözlərinə görə 21 yaşlı futbolçunun diz bağları qopub. Seymur Əsədov gələn həftə əməliyyat olunmaq üçün Türkiyəyə yollanacaq.

 

Qeyd edək ki, gənc futbolçu Premyer Liqanın 6-cı turu çərçivəsində "Sumqayıt"la keçirilən qarşılaşmada zədələnmişdi.

Xəbər xətti