"Zirə"nin legioneri: "Əsas məqsədimiz Premyer Liqada qalmaqdır" MÜSAHİBƏ

14:25 - 1 Noyabr 2015

"Bizdə sabitlik çatışmır"

 

Premyer Liqanın XI turu çərçivəsində səfərdə "İnter"in qonağı olan "Zirə" 0:0-lıq heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə"nin futbolçusu Nelson Bonilla jurnalistlərin suallarını cavablandırıb:

 

- "İnter"lə matç barədə fikirlərin necədir?

- Çox çətin oyun oldu. Premyer Liqada öz sözünü demiş komandaya qarşı oynamaq elə də asan bir məsələ deyil. Bu cür matçda 1 xal qazanmaq da yaxşı nəticədir.

 

- Nəticənin oyuna görə olduğunu söyləmək olar?

- Bərabər səviyyəli oyun idi. Demək olar ki, qol vəziyyətləri də bərabər idi. Onu da nəzərə almaq lazımdır ki, "İnter" avrokuboklara vəsiqə uğrunda, biz isə Premyer Liqadakı yerimizi qorumaq üçün mübarizə aparırıq.

 

- Qələbə qazansaydınız üçüncü pilləyə yüksələ bilərdiniz...

- Hər şeydən öncə bizim Premyer Liqada qalmaq məsələmiz vacibdir. Biz debütantıq. Səfərdə qazanılan bir xal vacib idi və biz bunu bacardıq.

 

- Komandanın avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsiniz?

- Biz avrokuboklarda çıxş etmək istəyirik. Amma, bizim ilk öncə məqsədimiz Premyer Liqada qalmaqdır.

 

- Son 3 turda 4 xal qazanmısınız. Bu barədə düşüncələrin?

- Bu, yeni komanda olmağımızdan irəli gəlir. Bizdən hər turda baxımlı oyun gözləmək hələ tezdir. Üstəlik, bizdə sabitlik çatışmır. Fikrimcə, zamanla oyunumuz yaxşılaşacaq.

Xəbər xətti