Elvin Yunuszadə: "Qarabağ"da oynamaq "Neftçi"də oynamaqdan daha rahatdı"

16:43 - 1 Noyabr 2015

"Monako" ilə oyuna rahat hazırlaşa bilərik"

 

"Qarabağ" - AZAL (2 - 0) matçından sonra Ağdam təmsilçisinin müdafiəçisi Elvin Yunuszadə jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Oyun haqda fikirlərini bildirərdin...

- Çempionatın elə mərhələsidir ki, heç bir oyunda rahat qalib gəlmək olmur. Bu gün çox əziyyət çəkdik. Bizim üçün çempionatda hər bir oyun vacibdi. Əsas odur ki, qalib gəldik, 3 xal qazandıq. Artıq “Monako” ilə oyuna rahat hazırlaşa bilərik.

 

- Son oyunlarda “Qarabağ” qol vurmaqda çətinlik çəkir. Bunun səbəbi nədi?

- Çox sıx qrafikimiz var. Ardıcıl 4-5-ci oyundu ki, 3 günlük fasilə ilə oynayırıq. İstər-istəməz bu təsir edir. Həm psixoloji, həm fiziki yorğunluğun təsiri var.

 

 

- "Qarabağ"da hazırda düşüş dövrüdü?

- Düşüş yox, yorğunluq dövrüdü. Bir heyətin tam optimal oynaması üçün futbolçular bir yerdə çox oynamalıdı. Bir oyun əsas heyətdə oynayıb, növbəti oyunda ehtiyyatda qalmaq təsir göstərir.

 

- “Qarabağ” həmişə asan qələbə qazanırdı, indi isə çətinlik çəkir. Digər rəqiblər güclənib, yoxsa “Qarabağ” zəifləyib?

- Hər oyuna eyni yanaşırıq, “Monako” ilə oyunda meydana necə çıxırıqsa AZAL-la oyuna da o cür çıxırıq. Həm yorğunluq, həm də digər komandaların bizə qarşı yüksək motivasiya ilə oynamsı öz sözünü deyir.

 

- Son vaxtlar əsas heyətdə yer alırsan. Rəşad Sadıqovun gedişindən sonra müdafiənin mərkəzində Bədavi-Elvin cütünü görə biləcəyik?

- Əlimdən gələni edirəm. Qurban müəllimə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. “Qarabağ”a uyğunlaşmaqda problem yaşamadım. Özümü elə hiss edirəm ki, sanki illərdi bu komandadayam. “Qarabağ”da elə şərait var ki, hamıya oynamağa imkan var.

 

- “Qarabağ”a “Neftçi”dən gəlmisən. Hansı komandada oynamaq daha asandı?

- Müqayisə etmək düzgün deyil. Amma deyə bilərəm ki, “Neftçi”də daha çox mübarizə oyunu var idi, “Qarabağ”da isə topla oyuna üstünlük verilir. Hal-hazırda mənə “Qarabağ”da oynamaq daha rahatdı.

 

- “Monako” ilə oyun barədə nə düşünürsən?

- “Monako” hamıya bəllidi. Səfərdə pis oynamadıq. Şanssızlıq nəticəsində məğlub olduq. Cavab oyununda azarkeşlərimizi sevindirmək istəyirik. Əlimizdən gələni edib qələbə qazanmağa çalışacağıq.

 

- “Neftçi”nin bu günkü vəziyyəti haqda nə deyərdin?

- “Neftçi”yə uğurlar arzu edirəm. Ümid edirəm ki, əvvəlki vaxtlarına qayıdar.

Xəbər xətti