UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

21:42 - 13 Noyabr 2015

UEFA türkiyəli referi Cüneyt Çakıra növbəti təyinat verib.
 
Sportal.az xəbər verir ki, FİFA referisi Cüneyt Çakır AÇ-2016-nın pley-off matçına təyinat alıb. Təcrübəli referi Ukrayna - Sloveniya cütünün cavab matçını idarə edəcək. Çakırın köməkçiləri Bahattın Duran və Tarık Ongün olacaq. Dördüncü hakim isə Mustafa Əmrə olacaq.
 
Qeyd edək ki, Sloveniya - Ukrayna görüşü 17 noyabr saat 23:45-də Sloveniyanın Maribor şəhərinin "Ljudski" stadionunda keçiriləcək.

Xəbər xətti