AÇ-2016-nın son iki iştirakçısı da məlum oldu

01:47 - 18 Noyabr 2015

Ukrayna və İsveç final mərhələsində
 
AÇ-2016-nın son iştirakçılarının adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsinə qatılmaq uğrunda Danimarka İsveçlə, Ukrayna isə Sloveniya ilə mübarizə aparıb. İlk oyunda evdə Sloveniyaya 2:0 hesabıyla qalib gələn Ukrayna millisi cavab oyununda 1:1 hesablı bərabərliyə imza ataraq, final mərhələsinə vəsiqəni təmin edib. 
 
Danimarka isə İsveçi qəbul edib. Bu komandaların Solnada keçirilən ilk oyununda İsveç 2:1 hesabıyla qalib gəlmişdi. Cavab matçı isə 2:2 hesabı ilə başa çatıb. Ümumi hesabda 4:3 hesabıyla qalib gələn isveçlilər final mərhələsinə vəsiqə qazanıblar. 
 
23:45 Sloveniya - Ukrayna 1:1 (ilk oyun 0:2)
Qollar: Sezar, 11 - Yarmolenko, 97.
 
23:45 Danimarka - İsveç 2:2 (İlk oyun: 1:2)
Qolar: Poulsen, 81. Vesterqaard, 91 - İbrahimoviç, 19; 76.  

Xəbər xətti