2 qol vurduğu matçdan sonra
İsveç milli komandasının ulduz futbolçusu Zlatan İbrahimoviç Avro-2016-nın pleyy-off mərhələsi çərçivəsində Danimarka ilə keçirilən cavab matçından (2 - 2) sonra verdiyi açıqlama ilə gündəmə gəlib.
Sportal.az xəbər verir ki, təcrübəli forvard onun artıq yaşlandığını deyənlərə cavab verib: "Püşkün nəticəsinə görə Danimarka ilə düşdüyümüzdə onlar məni təqaüdə göndərmək istəyirdilər, amma mən bütün Danimarkanı təqaüdə göndərdim".
Qeyd edək ki, Danimarkanın qapısına vurulan hər iki qolun müəllifi İbrahimoviç olub.
saytlarin hazirlanmasi