Gökhan Töre cəzalandı

20:13 - 20 Noyabr 2015

İki oyunluq
 
UEFA Türkiyə yığmasının və "Beşiktaş" klubunun futbolçusu Gökhan Töreni cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Türkiyə - İslandiya (1:0) matçında rəqibinə qarşı kobud oynayaraq birbaşa qırmızı vərəqə alan Gökhan Törenin cəzalandırılıb. UEFA Türkiyə millisinin futbolçusuna iki oyunluq cəza verib.
 
Aldığı cəzaya görə, Gökhan Töre AÇ-2016-nın qrup mərhələsinin ilk iki turunda Türkiyə millisinə kömək edə bilməyəcək.

Xəbər xətti