6 qrupa bölünəcəklər
Bu gün Fransanın paytaxtı Parisdə 2016-cı ilin Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportal.az xəbər verir ki, gələn il iyunun 10-dan iyulun 10-dək davam edəcək turnirin 24 iştirakçısı püşkatmaya qatılacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq mərasimdə komandalar 6 qrupa bölünəcəklər.
Səbətlərin tərkibi:
1-ci səbət
İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət
İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət
Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət
Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya
saytlarin hazirlanmasi