AÇ-2016: "Qəbələ"nin sabiq üzvü Rumıniyanın heyətində

15:50 - 13 May 2016

28 futbolçuya dəvət göndərilib
 
Rumıniya millisinin "Avro-2016"nın final mərhələsi üçün ilkin heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Anxel Yordanesku 28 futbolçuya dəvət göndərib. Həmin futbolçuların sırasında "Qəbələ"nin sabiq üzvü Adrian Ropotan da yer alıb. Onun Fransaya aparılıb-aparılmayacağı hələlik məlum deyil.
 
Qeyd edək ki, A qrupunda qərarlaşan Rumıniya millisi Fransa, Albaniya və İsveçrə yığmaları ilə mübarizə aparacaq.
 
Qapıçılar: Çiprian Tatarușanu ("Fiorentina"), Kostel Pantilimon ("Uatford"), Silviu Lunq ("Astra")
 
Müdafiəçilər: Kristian Sapunaru ("Panduri"), Aleksandru Mațel ("Dinamo", Zaqreb), Vlad Çirişeş ("Napoli"), Valerika Qaman ("Astra"), Draqoș Qriqore ("Əl Sailiya"), Kosmin Moti ("Ludoqorets"), Razvan Raț ("Rayo Valyekano"), Steliano Filip ("Dinamo"), Alin Toşka ("Styaua")
 
Yarımmüdafiəçilər: Mihai Pintilii ("Styaua"), Ovidiu Hoban ("Hapoel", Beer Şeva), Adrian Ropotan ("Panduri"), Andrey Prepelita ("Ludoqorets"), Adrian Popa ("Styaua"), Qabriel Torye ("Osmanlıspor"), Aleksandru Çipçiu ("Styaua"), Andrey İvan ("Krayova"), Aleksandru Maksim ("Ştutqart"), Nikolae Stanku ("Styaua"), Lusian Sanmartin ("Əl İttihad")
 
Hücumçular: Klaudiu Keșeru ("Ludoqorets"), Boqdan Stanku ("Gənclərbirliyi"), Florin Andone ("Kordoba"), Denis Alibek ("Astra"), İoan Hora ("Panduri")

Xəbər xətti