AÇ-2016: İngiltərə millisinin yekun heyəti məlum oldu

02:04 - 1 İyun 2016

Roy Hocson siyahını açıqlayıb

 

İngiltərə milli komandasının da Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, 3 futbolçu yığmadan kənarlaşdırılıb. Belə ki, baş məşqçi Roy Hocson ilkin heyətdə olan Daniel Drinkuoter, Endryu Tounsend və zədəli Fabian Delfi millidən uzaqlaşdırıb.

 

Qapıçılar: Forster Freyzer ("Sauthempton”), Co Hart ("Mançester Siti"), Tom Hiton ("Bernli")

 

Müdafiəçilər: Rayan Bertran ("Sauthempton"), Qari Keyhill ("Çelsi"), Natanyel Klayn ("Liverpul"), Denni Rouz, Kayl Uolker (hər ikisi "Tottenhem"), Kris Smollinq ("Mançester Yunayted"), Con Stounz ("Everton")

 

Yarımmüdafiəçilər: Dele Alli, Erik Dayer (hər ikisi "Tottenhem”), Ross Barkli ("Everton"), Rahim Sterlinq ("Mançester Siti"), Cordan Henderson, Adam Lallana, Ceyms Milner (hamısı "Liverpul”), Cek Uilşer ("Arsenal")

 

Hücumçular: Harri Keyn ("Tottenhem"), Markus Reşford, Ueyn Runi (hər ikisi "Mançester Yunayted”), Daniel Starric ("Liverpul"), Ceymi Vardi ("Lester").

Xəbər xətti