Qolsuz başa çatan qarşılaşma
	 
	Polşa millisi "Avro-2016"nın final mərhələsi öncəsi sonuncu yoldaşlıq oyununu keçirib.
	 
	Sportal.az xəbər verir ki, Adam Navalkanın komandası Litva ilə üz-üzə gəlib. Matç qolsuz bərabərliklə başa çatıb.
	 
	Qeyd edək "Avro-2016"da C qrupunda qərarlaşan Polşa millisi Almaniya, Şimali İrlandiya və Ukrayna ilə mübarizə aparacaq.
                      
saytlarin hazirlanmasi