"Bacarığı haqda danışsaq bir kitabı yazıb qurtara bilərik"
Türkiyə millisinin AÇ-2016-nın qrup mərhələsindəki rəqibi olan Xorvatiya millisinin futbolçusu İvan Rakitiç matçla bağlı fikirlərini bölüşüb:
Sportal.az xəbər verir ki, Rakitiç daha çox Arda Turandan çəkindiklərini bildirib:
“İnsan olaraq Arda çox yaxşı adamdır. Üzü hər zaman gülür. Zarafat etməyi çox xoşlayır. Bacarığı haqda danışsaq, bir kitabı yazıb qurtara bilərik. Topla çox gözəl rəftar edir. O, mənə Robert Prosineçkini xatırladır. Ardadan ehtiyatlı olmalıyıq”.
Qeyd edək ki, Türkiyə - Xorvatiya matçı 12 iyun saat 17:00-da başlayacaq.
saytlarin hazirlanmasi