"Birinci oyun həmişə çətin olur"
Fransa millisinin baş məşqçisi Didye Deşam Avropa Çempionatının açılış matçından danışıb.
Sportal.az xəbər verir ki, o, bu gün Fransaya qarşı keçirəcəkləri matç haqqında fikirlərini bildirib.
Deşam komandanın üzərində təzyiq olduğunu deyib:
“Bu matç hər iki komanda üçün çox vacibdir. Birinci oyun həmişə çətin olur. İlk dəqiqələrdə daha çox ehtiyatlı olmalıyıq. Üzərimizdə təzyiq var. Son yoldaşlıq matçlarında yaxşı təsir bağışlamışıq. Səhvə yol verməməməliyik. Ruminiya millisində təcrübəli futbolçular çoxluq təşkil edir. Onlar bizim səhvlərimizi bağışlamayacaqlar. Futbolçularıma güvənim sonsuzdur. Fikrimcə, onlar bu çətin matçdan qalib ayrıla biləcəklər”.
saytlarin hazirlanmasi