AÇ-2016: Rumıniya millisinin baş məşqçisi: "Fransa ilə başabaş mübarizə aparacağıq"

16:06 - 10 İyun 2016

"Müdafiə futbolu oynamayacağıq"
 
Rumıniya millisinin baş məşqçisi Anhel Yordanesku bu gün Avropa Çempionatının final mərhələsinin açılış oyununda Fransaya qarşı keçiriləcək matçdan danışıb.
 
Sportal.az xəbər verir ki, o, güclü rəqibə asan təslim olmayacaqlarını bildirib:
 
“İlk oyunumuz ev sahibinə qarşı olacaq. Amma bu o demək deyil ki, biz asan şəkildə təslim olacağıq. Müdafiə futbolu oynamayacağıq. Biz məzmunlu oyun nümayiş etdirəcəyik. Fransa millisi turnirin favoritlərindən biridir. Onların heyətində çox güclü futbolçular var. Rəqiblə başabaş mübarizə aparacağıq”.

Xəbər xətti