"Həmin oyunu unutmuşuq"
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim sabah keçirəcəkləri Xorvatiya ilə matç haqqında danışıb.
Sportal.az xəbər verir ki, Terim üzərlərində az olsa da, təzyiq hiss etdiklərini bildirib:
"UEFA-dan bir xahişim var ki, oyun zamanı müasir texnologiyalardan daha çox istifadə edilsin. Oyuna gəlincə isə Xorvatiya çempionatın ən yaxşı komandalarından biridir və onlara hörmətlə yanaşırıq. Əlbəttə, biz də hamının bizə hörmətlə yanaşmağını istəyirik. Biz Xorvatiya ilə hələ çox oynayacağıq. 2008-ci ildə keçirilən matç mənim ağlımda deyil və unutmuşuq. Həmin turnirdə uğurlu çıxış etsək də, cüzi fərqə finala çıxa bilməmişdik. Sabah hansı komanda qalib gələcəksə, təbrik etmək etmək lazımdır. Hər bir vətəndaş öz ölkəsinin uğurlar qazanmasını istəyir. Üzərimizdə az olsa da təzyiq var".
Təcrübəli mütəxəssis gənc futbolçu Əmrə Mor barədə də danışıb:
"Əmrə Mor öz üzərində çox çalışmalıdır. Əgər o özünü inkişaf etdirsə, Avropa və dünya futbolu vacib futbolçu qazanacaq"
Qeyd edək ki, Türkiyə - Xorvatiya matçı sabah Bakı vaxtı ilə 17:00-da start götürəcək.
saytlarin hazirlanmasi