"Dostum mənə Türkiyənin AÇ-2016-nın qalibi olacağını bildirib"
AÇ-2008-də dramatik Xorvatiya - Türkiyə matçında xorvatların qolunun müəllifi olan İvan Klasniç maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 36 yaşlı sabiq futbolçu Türkiyənin çempion olacağı halda restoranda ofisiantlıq edəcəyini bildirib:
"İtaliyalı dostum restoran işlədir. Onunla mərcləşmişik. Dostum mənə Türkiyənin AÇ-2016-nın qalibi olacağını bildirib. Mən isə Türkiyənin çempion olacağı halda onun restoranında ofisiantlıq edəcəyimi bildirdim".
saytlarin hazirlanmasi