"Çempionat hələ bitməyib"
Avropa çempionatının B qrupunda yer alan Türkiyə millisi ilk matçda Xorvatiya ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, 0 - 1 hesablı məğlubiyyətlə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında "ay-ulduzlular"ın baş məşqçisi Fatih Terim jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis birinci hissədə yaxşı oynadıqlarını bildirib: "İlk yarı üçün oynadığımızı deyə bilərik, amma ikinci yarı elə deyildi. Biz "bitdi" demədən bitməz deyə bilmək üçün, öncə başlamağımız lazımdı, lakin biz bunu bacarmadıq. Çempionatlara yaxşı başlaya bilmirik. Pis vaxtda qapımızda qol gördük. Ən ciddi vəziyyəti də biz yaratdıq. Qayda pozuntusu gözlədiyimiz bir zamanda künc zərbəsi oldu və qol buraxdıq".
Terim daha sonra fikirlərinə bu cür davam edib: "Çempionat hələ bitməyib. Qarşıda 2 oyunumuz var. Ölkəmiz bilməlidir ki, səviyyə budur. Rəqiblə başabaş mübarizə aparırdıq, lakin sonra yorulduq və bu əleyhimizə işlədi. Oyunçu dəyişikliklərimiz istədiyimiz nəticəni vermədi. İspaniyaya qarşı oynayacağımız matçı gözləyirik. Nəticə çıxaracağımız önəmli dərslər var".
saytlarin hazirlanmasi